Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı
sosial

Cinayətdə şübhəli bilinən 53 nəfər saxlanıldı

06-06-2025 14:00 24 Views
IMG

İyunun 5-də ölkə ərazisində qeydə alınan 64, əvvəlki dövrlərdən bağlı qalan 9 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən "Tvit.az"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 105, o cümlədən borclu şəxs qismində axtarışda olan 90 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 31, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb.