Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Sabah Babək rayonunun bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq
sosial

Sabah Babək rayonunun bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq

07-07-2025 21:00 39 Views
IMG

Sabah Babək rayonunun bir hissəsində qaz təchizatı müvəqqəti dayandırılacaq.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, buna səbəb 159 mm boru korroziyaya uğradığından yeraltı xəttin yerüstü xətlə dəyişdiriməsidir.

 

Nəticədə Babək rayonunun Cəhri qəsəbəsi, Gülşənabad, Payız, Gərməçataq, Aşağı Buzqov və Yuxarı Buzqov kəndlərində qaz olmayacaq.


Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.