Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Berdiməhəmmədov Zəfər parkını ziyarət edib
sosial

Berdiməhəmmədov Zəfər parkını ziyarət edib

16-07-2025 14:00 39 Views
IMG

ürkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov iyulun 16-da Bakıdakı Zəfər parkını ziyarət edib.

"Tvit.az" xəbər verir ki, burada qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Türkmənistan Xalq Məsləhətinin sədri parkdakı Zəfər abidəsinin önünə əklil qoydu.

Sonra qonağa Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Zəfər parkı barədə ətraflı məlumat verildi.

Qeyd olundu ki, ərazisi 10 hektara yaxın olan parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib.

Xatırladaq ki, 2024-cü il noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə parkın açılışı olub.