Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home sosial Bakı şəhərinə avqust-sentyabr aylarında 200 yeni avtobus gətiriləcək
sosial

Bakı şəhərinə avqust-sentyabr aylarında 200 yeni avtobus gətiriləcək

28-07-2025 18:00 34 Views
IMG

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir.

 

Agentlikdən Tvit.az-a bildirilib ki, avtobus parkının yenilənməsi mərhələli qaydada həyata keçirilir.

 

"Hazırda paytaxtda müntəzəm marşrut xətlərində rekord sayda – 2200-dən çox avtobus istifadə olunur. Cari ilin avqust-sentyabr ayları ərzində Bakı şəhərində daşıyıcılar tərəfindən daha 200 yeni və ekoloji təmiz avtobus sərnişinlərin istifadəsinə veriləcək. Bu isə ümumilikdə ictimai nəqliyyatda əlçatanlığın və xidmət keyfiyyətinin daha da artmasını təmin edəcək", - məlumatda qeyd olunub.