Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Tramp Koreyaya səfər edə bilər
dünya

Tramp Koreyaya səfər edə bilər

25-08-2025 22:00 19 Просмотров
IMG

ABŞ prezidenti Donald Tramp Koreya Respublikasında keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) sammitində iştirak etmək imkanını istisna etməyib.

Tvit.az xəbər verir ki, o, müvafiq bəyanatla çıxış edərək, Cənubi Koreya prezidenti Li Ce-myunqla Ağ Evdə görüşün əvvəlində müxbirlərin suallarını cavablandırıb.

"Mən getmək istərdim", - Tramp deyib. 

Trampdan Cənubi Koreya prezidenti ilə Şimali Koreya lideri Kim Jong-un arasında görüş təşkil etmək üçün Koreya Respublikasına səfərindən istifadə edib-etməyəcəyini soruşduqda, ABŞ prezidenti bunun "maraqlı lakin çətin olacağını" qeyd edib. 

Koreya Respublikasının sədrliyi ilə APEC sammiti 31 oktyabr - 1 noyabr tarixlərində Gyeongju şəhərində keçiriləcək. Rusiya Xarici İşlər Nazirliyinin səfiri Marat Berdyev bundan əvvəl bildirmişdi ki, Koreya Respublikası bu il APEC sammitinin təşkilatçısı kimi Rusiya prezidenti Vladimir Putinə dəvət göndərib. Moskva nümayəndə heyətinin hansı səviyyədə olması barədə daha sonra qərar verəcək. 

Aysel Şirinova