Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Türkiyə Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazırdır
dünya

Türkiyə Rusiya ilə Ukrayna arasındakı münaqişənin həlli ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə hazırdır

28-08-2025 22:00 25 Просмотров
IMG

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında Ankaranın Rusiya və Ukrayna arasında nizamlanma prosesi çərçivəsində öhdəliklərini yerinə yetirməyə hazır olduğuna əmin edib.

Tvit.az xəbər verir ki, bu barədə məlumatı xarici KİV-lər yayıb.

"Avqustun 28-də xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Marko Rubio ilə telefon danışığı keçirib. Onlar Rusiya və Ukrayna arasında sülhün əldə edilməsinə yönəlmiş səyləri qiymətləndiriblər. Fidan bildirib ki, Türkiyə bu prosesdə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə hazırdır", - Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Aysel Şirinova