Venesuelada Beynəlxalq narkotik ticarəti ilə əlaqəli gizli uçuş zolağı məhv edilib.
Tvit.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Bildirilib ki, narkotik qaçaqmalçılığı ilə əlaqəsi olduğu iddia edilən və təyyarələrin qalxıb enməsinə imkan verən uçuş-enmə zolağı yararsız hala salınıb.
Açıqlamada uçuş-enmə zolağının təxminən 500 metr uzunluğunda olduğu vurğulanıb və bölgədə narkotik kartellərinə qarşı əməliyyatların qətiyyətlə davam etdiriləcəyi bildirilib.
Elmin Alışov