Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Özbəkistan və Tailand arasında vizasız rejim tətbiq oluna bilər
dünya

Özbəkistan və Tailand arasında vizasız rejim tətbiq oluna bilər

28-10-2026 15:00 14 Просмотров
IMG

Özbəkistan və Tailand arasında qarşılıqlı vizasız gediş-gəliş rejiminin tətbiqinə dair saziş hazırlanır.

 

Tvit.az xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, hazırda müvafiq sənəd Tailand tərəfinin baxışındadır. Oxşar tədbirlərin bir sıra digər ölkələrin vətəndaşlarına da şamil edilməsi nəzərdə tutulur.

Məlumata görə, cari ilin may ayından etibarən iki ölkə arasında vətəndaşların səfərlərinin asanlaşdırılması istiqamətində danışıqlar aparılır.

Diplomatik nümayəndələr, həmçinin 2026-cı il sentyabrın 15-dən tətbiq edilən yeni tələblərdən sonra elektron vizaların rəsmiləşdirilməsi zamanı yaranan problemləri müzakirə edirlər.

Qeyd edək ki, daha əvvəl Tailandın Özbəkistan vətəndaşları üçün 15 günlük vizasız rejim tətbiq edə biləcəyi barədə məlumat yayılıb.

 

Aysel