Ukraynaya hərbi təchizatlarla bağlı "Ramştayn" formatında əlaqə qrupunun iclası 9 sentyabrda Londonda keçiriləcək.
Tvit.az xəbər verir ki, bu barədə NATO-nun bəyanatına istinadən "Sky News" telekanalı məlumat verib.
Məlumata görə, 56 ölkənin iştirak edəcəyi bu iclasda NATO-nun baş katibi Mark Rutte də iştirak edəcək. Bildirilib ki, Rutte Ukrayna ilə bağlı bir sıra ikitərəfli görüşlər də keçirəcək.
Aysel Şirinova