Avropa Ukrayna münaqişəsində atəşkəsə diplomatik yolla nail olunacağına inanmır və bu səbəbdən ABŞ-nin köməyi ilə Ukrayna üzərində hava məkanını bağlamaq istəyir.
Tvit.az xəbər verir ki, bu barədə Financial Times (FT) mənbələrə istinadla xəbər yayıb.
Qəzet yazır ki, "istəkli koalisiya"ya daxil olan bir çox ölkələr əslində Ukraynaya öz qoşunlarını göndərmək istəmirlər. Xüsusilə Almaniya, İtaliya və Polşadan söhbət gedir. Hətta Ukraynaya hərbçi göndərmək planı olan ölkələr də bunu yalnız ABŞ-nin "maddi-texniki və hava dəstəyi" göstərməsi halında etmək istəyirlər. Bundan əlavə, onlar yalnız atəşkəs rejimi əldə olunduqdan sonra hərbçi göndərməyə hazır olacaqlar.
Məqalədə deyilir ki, hazırda ABŞ-ın Ukrayna üçün yaradacağı hava qalxanı vasitəsilə "faktiki atəşkəs rejimi" qurulması müzakirə olunur.
Aysel