İranın Milli Poçt Şirkəti ilə Ermənistanın Poçtu arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Tvit.az bu barədə İran mediasına istinadən xəbər verir.
Sənədi İranın Milli Poçt şirkətinin rəhbəri Məhəmməd Əhmədi və Ermənistan poçtunun rəisi Şuşan Aleksanyan imzalayıblar.
Sənəd poçt xidmətlərinin inkişafı, logistikanın yaxşılaşdırılması, elektron ticarətin genişləndirilməsi və iki ölkə arasında mübadilə həcminin artırılmasını nəzərdə tutur.
Elmin Alışov