Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya KİV: Meloni ABŞ-də keçiriləcək seçkilərədək Ukraynaya yeni hərbi yardım paketini dayandırıb
dünya

KİV: Meloni ABŞ-də keçiriləcək seçkilərədək Ukraynaya yeni hərbi yardım paketini dayandırıb

28-10-2026 16:00 19 Просмотров
IMG

İtaliyanın Ukraynaya göndərməyi planlaşdırdığı 13-cü hərbi yardım paketinin təsdiqi qeyri-müəyyən müddətə təxirə salınıb. Baş nazir Corcia Meloninin bu məsələ ilə bağlı qərar verməzdən əvvəl ABŞ-də keçiriləcək aralıq seçkilərin nəticələrini gözlədiyi bildirilir.

 

Tvit.az xəbər verir ki, bu barədə İtaliyanın Il Giornale d’Italia nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, İtaliya Ukraynaya hərbi yardımın dayandırılması ilə bağlı yekun qərar qəbul etməyib. Söhbət qərarın verilmə müddətinin müxtəlif səbəblərlə dəfələrlə təxirə salınmasından gedir.

Bildirilir ki, noyabrın 3-də ABŞ-də keçiriləcək aralıq seçkilər yardım paketinin təsdiqinin gecikdirilməsinə səbəb olan növbəti amilə çevrilib.

Bununla belə, seçkilərin hansı nəticəsinin İtaliya hökumətinin qərarına təsir göstərə biləcəyi, eləcə də səsvermədən dərhal sonra hərbi yardımın göndərilib-göndərilməyəcəyi açıqlanmır.