Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycan Ukraynaya 1.5 milyon dollarlıq yardım göndərdi
sosial

Azərbaycan Ukraynaya 1.5 milyon dollarlıq yardım göndərdi

29-10-2026 15:00 24 Просмотров
IMG

Azərbaycan Respublikası tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük bu ölkəyə çatıb.

 

Tvit.az "Report"a istinadən xəbər verir ki, yardımın göndərilməsi Prezident İlham Əliyevin 2026-cı il 21 sentyabr tarixli Sərəncamına əsasən, Energetika Nazirliyi tərəfindən təmin edilib.

 

Təhvil verilmə mərasimində Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Fərid Babayev, Ukrayna Energetika Nazirliyinin xarici əlaqələr departamentinin rəhbəri Aleksandr Boqdanets iştirak edib.

 

Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən humanitar yükün tərkibinə ümumi dəyəri 1.5 milyon dollar (2.5 milyon manat) Azərbaycan manatı olan kabel, naqil, transformator və digər elektrik avadanlıqları daxildir.