Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial İlham Əliyev panamalı həmkarına məktub göndərdi
sosial

İlham Əliyev panamalı həmkarına məktub göndərdi

03-11-2026 11:00 11 Просмотров
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu göndərib.

 

Tvit.az AZƏRTAC-a istinadən həmin məktubun mətnini təqdim edir:

 

"Panama Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

 

Əminəm ki, Azərbaycan-Panama dostluq münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı faydalı əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.


Belə bir əlamətdar gündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Panama xalqına daim əmin-amanlıq və rifah arzulayıram".