Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница sosial Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
sosial

Azərbaycan və Türkmənistan həmkarlar ittifaqları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

03-11-2026 17:00 16 Просмотров
IMG

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti Türkmənistanda səfərdədir.

 

Səfər çərçivəsində Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzində AHİK-in nümayəndə heyəti ilə görüş keçirilib.

 

Görüşdə Azərbaycan və Türkmənistan arasında tarixən formalaşmış dostluq münasibətləri və dövlət başçılarının siyasi iradəsi sayəsində inkişaf edən əlaqələrin əhəmiyyəti vurğulanıb.

 

Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin sədri Oğulcənnət Berdiliyeva ölkəsində əmək hüquqlarının qorunması, işçilərin sosial müdafiəsinin gücləndirilməsi və həmkarlar ittifaqı üzvlərinə dəstək mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Mərkəzin sədri rəhbərlik etdiyi təşkilatın Azərbaycan həmkarlar ittifaqları ilə əlaqələrin genişləndirilməsində və qarşılıqlı təcrübə mübadiləsində maraqlı olduğunu qeyd edib.

 

AHİK-in sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyəti, əmək hüquqlarının müdafiəsi, rəqəmsallaşma prosesi və innovativ təşəbbüslər, eləcə də üzvlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığının artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.

 

Konfederasiya sədri çıxışında reallaşdırılan sosial layihələr, üzvlərə göstərilən hüquqi yardım, həmçinin yollayış sisteminin rəqəmsal transformasiyası və sanatoriya-kurort xidmətlərinin modernləşdirilməsi sahəsindəki yenilikləri diqqətə çatdırıb.

 

Tərəflər 2026-cı ilin mayında Bakıda imzalanmış Əməkdaşlıq Memorandumundan irəli gələn vəzifələrin icra vəziyyəti, əlaqələrin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.

 

Azərbaycan nümayəndə heyəti, həmçinin Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin fəaliyyəti ilə tanış olub.