Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Zaxarova: Ermənistanı KTMT-də qalmağa heç kim məcbur etmir
dünya

Zaxarova: Ermənistanı KTMT-də qalmağa heç kim məcbur etmir

05-11-2026 19:00 14 Просмотров
IMG

Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) tamhüquqlu iştirakını bərpa etmək imkanı qalır, lakin ölkəni təşkilatda qalmağa heç kim məcbur etməyəcək.

 

Tvit.az bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.

 

Onun sözlərinə görə, Ermənistanın KTMT-də üzvlüyü məsələsi noyabrın 11-də Moskvada keçiriləcək təşkilatın sammitində müzakirə oluna bilər.

 

Zaxarova həmçinin Cənubi Qafqazda alternativ təhlükəsizlik arxitekturasının formalaşdırılması perspektivlərinin görünmədiyini iddia edib. O, Qərb ölkələrinin regiona öz hərbi quruculuq və idarəetmə standartlarını gətirməklə sabitliyi təmin edə bilməyəcəyini bildirib.