Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница turizm Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi
turizm

Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi

06-11-2026 15:00 12 Просмотров
IMG

Abşeronda silsilə oğurluqlar edən şəxs saxlanılıb.

 

Tvit.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb. 

Naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində evin zirzəmisindən məişət əşyaları, tikiş sexi, yarımtikili və şirkətlərin birindən isə ümumilikdə 10880 manat dəyərində elektrik avadanlıqları oğurlayıb. O, əməllərini ört-basdır etmək üçün talama cinayətlərini törədərkən müşahidə kameralarını da yararsız vəziyyətə salıb.

 

Abşeronda polisin keçirdiyi tədbirlərlə oğurluq əməllərini törədən D.Həsənov yaxalanıb.

 

Faktlarla bağlı cinayət işi başlanıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma davam etdirilir.