Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница siyasət Azərbaycan XİN Polşaya başsağlığı verib
siyasət

Azərbaycan XİN Polşaya başsağlığı verib

10-11-2026 13:00 7 Просмотров
IMG

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Polşada insan tələfatı ilə nəticələnən hadisə ilə bağlı bu ölkəyə başsağlığı verib.

 

Tvit.az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib.

 

"Polşanın Krakov şəhərində insan tələfatı və çoxsaylı yaralanmalarla nəticələnən silahlı hücum xəbərindən dərindən kədərləndik. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara tezliklə şəfa tapmalarını arzulayırıq. Bu çətin günlərdə düşüncələrimiz Polşa xalqı ilədir", - paylaşımda qeyd olunub.

 

Qeyd edək ki, Polşanın Krakov şəhərinin baş meydanında baş vermiş atışma nəticəsində 6 nəfər həlak olub, 10-a yaxın insan isə yaralanıb.