Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Домашняя страница dünya Bağdad yaxınlığında raket daşıyan üç nəfər saxlanılıb
dünya

Bağdad yaxınlığında raket daşıyan üç nəfər saxlanılıb

06-11-2026 21:00 7 Просмотров
IMG

İraqın təhlükəsizlik qüvvələri Bağdad yaxınlığında yük avtomobilində 35 raket daşıyan üç nəfəri saxlayıb.

 

Tvit.az xəbər verir ki, bu barədə “Mawazin News” telekanalı məlumat yayıb.

 

Məlumata görə, şübhəlilər Bağdadın Əl-Lətifiyyə ətrafında, Babil əyalətinə aparan yol üzərində saxlanılıblar. Yük avtomobilinə baxış zamanı 35 raket və odlu silah müsadirə edilib.

Hazırda hüquq-mühafizə orqanları müsadirə olunan raketlərin növünü müəyyənləşdirir. Saxlanılan şəxslərin hansı silahlı qruplaşmaya mənsub olduqları və silahların kimə çatdırılmasının nəzərdə tutulduğu araşdırılır.