Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Əri ilə mübahisə edən qadın binada yanğın törətdi - 53 nəfər təxliyə edildi
dünya

Əri ilə mübahisə edən qadın binada yanğın törətdi - 53 nəfər təxliyə edildi

27-08-2025 21:00 30 Baxış
IMG

Cənubi Koreyada bir qadın ərilə mübahisədən sonra çoxmənzilli binada qəsdən yanğın törətməkdə şübhəli bilinib.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata əsasən, hadisədən sonra 53 sakin binadan təxliyyə edilib. 20 nəfər yüngül dərəcəli xəsarətl alıb. Yanğının vurduğu maddi ziyan 30 milyon von (təxminən 1,8 milyon rubl) məbləğində qiymətləndirilir.

Polisin ehtimalına görə, şübhəli şəxs qonaq otağını benzinlə yandırıb. Cütlük yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Şübhəli şəxsə qarşı qəsdən yanğın törətmək maddəsi ilə ittiham irəli sürülə bilər və bu cinayət üzrə maksimum cəza on ilədək azadlıqdan məhrumetmədir.

Aysel Şirinova