Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Trampın İrana zərbə planı: ABŞ Körfəz ölkələrini xəbərdarlıq edib
dünya

Trampın İrana zərbə planı: ABŞ Körfəz ölkələrini xəbərdarlıq edib

28-10-2026 14:00 18 Baxış
IMG

ABŞ noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərdən sonra İrana qarşı qısamüddətli, lakin intensiv hərbi kampaniya keçirə biləcəyi barədə bir sıra Körfəz ölkələrini xəbərdarlıq edib.


Tvit.az bu barədə “The Wall Street Journal” qəzetinə istinadən xəbər verir.


Məlumata görə, Pentaqon mümkün hücumların hədəfinə çevrilə biləcək Yaxın Şərqdəki bazalardan amerikalı hərbçiləri təxliyə edib. Bununla yanaşı, ABŞ Silahlı Qüvvələri regionda döyüş sursatı ehtiyatlarını artırır, bombardmançı və qırıcı təyyarələri isə mümkün zərbələrə hazır vəziyyətə gətirir.


Qəzetin mənbələri bildiriblər ki, ABŞ prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatları bərpa etmək barədə hələ yekun qərar verməyib. Bununla belə, onun Konqresə aralıq seçkilərdən sonra İrana qarşı genişmiqyaslı hücuma üstünlük verə biləcəyi vurğulanır. 


Elmin Alışov