Belarus Rusiya üçün əvəzolunmazdır.
Tvit.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Pekində Belarus lideri Aleksandr Lukaşenko ilə görüşü zamanı bildirib.
“Siz dediniz ki, bizə Belarusu Rusiyanın əvəzi yoxdur – mən də cavab olaraq demək istəyirəm ki, Belarus da Rusiya üçün əvəzolunmazdır. Dövlətlərarası münasibətlərimiz çox yaxın, şəxsi münasibətlərimiz isə səmimidir”, – deyə Putin bildirib.
Putin, həmçinin, iki ölkə arasında əməkdaşlığın geniş və effektiv xarakter daşıdığını qeyd edib. O, xüsusilə sənaye sahəsində əməkdaşlıq da daxil olmaqla, qarşılıqlı maraq doğuran çoxsaylı istiqamətləri vurğulayıb.