İsrail ordusu yaxın vaxtlarda Fələstinin Qəzza şəhərinə genişmiqyaslı hücuma keçəcək, bununla əlaqədar yerli sakinlər oranı dərhal tərk etməlidirlər.
Tvit.az xəbər verir ki, bu barədə xəbərdarlığı yəhudi dövlətinin baş naziri Benyamin Netanyahu edib.
O xatırladıb ki, son bir neçə gün ərzində İsrail ordusu Qəzzada bir neçə hündürmərtəbəli binanı dağıdıb. "Bütün bunlar yalnız bir girişdir, əsas intensiv hərəkətin - indi toplaşan və hazırlaşan əsgərlərimizin Qəzza şəhərində quru manevridir. Bu baxımdan mən fürsətdən istifadə edərək Qəzza sakinlərinə deyirəm: "Diqqətlə qulaq asın, sizə xəbərdarlıq edilib, oradan çıxın!", - Netanyahu bildirib.
Aysel Şirinova