Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Ərdoğandan Dohaya hücumla bağlı reaksiya
dünya

Ərdoğandan Dohaya hücumla bağlı reaksiya

09-09-2025 23:00 48 Baxış
IMG

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dohada HƏMAS nümayəndələrinə qarşı İsrailin hücumunu beynəlxalq hüququn və Qətərin suverenliyinin açıq pozuntusu adlandırıb.

Tvit.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Bu gün İsrailin Qətərdə HƏMAS nümayəndələrindən ibarət danışıqlar qrupuna hücumu bir daha göstərdi ki, qəzəb içində olan [İsrail baş naziri Benyamin] Netanyahunun hökuməti münaqişəni və qeyri-sabitliyi daha da dərinləşdirməyə çalışır. Bu hücum, beynəlxalq hüququn və Qətərin suverenliyinin açıq pozuntusu olmaqla yanaşı, qardaş ölkəmiz Qətərin təhlükəsizliyi və sülhünə də yönəlib. Mən bu hücumu qınayıram”, – Ərdoğan X platformasında yazıb.

Türkiyə lideri terrorizmi dövlət siyasətinə çevirənlər heç vaxt məqsədlərinə çata bilməyəcəklərini deyib.

 "Biz İsrailin bütün regionu fəlakətə sürükləmək məqsədli quldurluğuna qarşı qərarlı və möhkəm mövqeyimizi qoruyacağıq".

Aysel Şirinova