Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Avropa Komissiyası Ukraynadakı münaqişəni uzatmağa çalışır - Deputat
dünya

Avropa Komissiyası Ukraynadakı münaqişəni uzatmağa çalışır - Deputat

10-09-2025 21:00 35 Baxış
IMG

Avropa Komissiyası Ukraynadakı müharibəni uzatmağa çalışır və bunun nəticəsində Avropanın getdikcə daha da təcrid olunmasına görə məsuliyyətini qəbul etmir.

Tvit.az xəbər verir ki,  bu barədə  deputat Fernan Kartayzer Avropa Parlamentinin sessiyasında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenin illik proqram nitqini şərh edərkən bildirib.

“Avropa Komissiyasının rəhbəri Avropa qarşısında duran bir sıra çağırışları sadaladı, lakin onların yaranmasında öz məsuliyyətini qəbul etmədi və heç bir real həll yolu təklif etmədi. Diplomatiya və danışıqlara üstünlük vermək əvəzinə, Avropa Komissiyası Ukraynadakı müharibəni davam etdirmək niyyətindədir. Xanım fon der Lyayen qeyd etdi ki, Avropa beynəlxalq arenada getdikcə daha çox təcrid olunur, lakin Rusiya ilə dialoqu başlatmaq və ya Çinlə münasibətləri yaxşılaşdırmaq zərurətini qəbul etmədi. Əksinə, o, Avropa tərəfindən üçüncü ölkələrə qarşı sanksiyaların tətbiq olunması imkanını vurğuladı ki, bu da Avropanın təcridini daha da dərinləşdirəcək”, – deyə deputat X sosial şəbəkəsində qeyd edib.

O həmçinin bildirib ki, fon der Lyayen açıq şəkildə Avropa Komissiyasının səlahiyyətlərini üzv ölkələrin suverenliyi bahasına genişləndirməyə çalışır.

Aysel Şirinova