Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Netanyahu İsrailin Qətərə zərbəsini ABŞ-ın Əfqanıstandakı kampaniyası ilə müqayisə edib
dünya

Netanyahu İsrailin Qətərə zərbəsini ABŞ-ın Əfqanıstandakı kampaniyası ilə müqayisə edib

10-09-2025 22:00 30 Baxış
IMG

İsrailin Fələstin HƏMAS hərəkatının yüksək rəhbərliyinin yerləşdiyi Dohaya zərbəsi ABŞ-ın 11 sentyabr 2001-ci il hücumlarından sonra başlayan Əfqanıstandakı hərbi kampaniyası qədər əsaslı idi.

Tvit.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahu danışıb.

Onun fikrincə, İsrailin müasir tarixində 11 sentyabr hücumunun birbaşa analoqu 7 oktyabr 2023-cü ildə HƏMAS-dan olan radikalların həyata keçirdiyi hücumdur.

"ABŞ 11 sentyabrdan sonra nə etdi? O, harada olursa-olsun, bu dəhşətli cinayəti törədən terrorçuları mühakimə edəcəyinə söz verib. İki həftə sonra isə BMT Təhlükəsizlik Şurası vasitəsilə hökumətlərin terrorçuları qoruya bilməyəcəyini bildirən qətnamə qəbul etdi," - Netanyahu deyib.

Baş nazirin sözlərinə görə, HƏMAS rəhbərliyini devirmək üçün sentyabrın 9-da Dohaya zərbə endirərək, İsrail 2001-ci ildə ABŞ-ın etdiyi kimi "eyni ruhda hərəkət etdi".