Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya İsveç Polşaya təyyarə göndərəcək
dünya

İsveç Polşaya təyyarə göndərəcək

10-09-2025 22:00 29 Baxış
IMG

İsveç təcili qaydada Polşaya təyyarələr və hava hücumundan müdafiə vasitələri göndərəcək. Buna səbəb Polşa hava məkanının naməlum pilotsuz uçuş aparatları tərəfindən pozulmasıdır.

Tvit.az xəbər verir ki, bu barədə respublikanın müdafiə naziri Vladislav Kosinyak-Kamyş məlumat verib.

“Mən az əvvəl İsveç müdafiə nazirindən Polşaya təcili şəkildə əlavə yardımın, o cümlədən hava hücumundan müdafiə vasitələrinin və təyyarələrin göndərilməsi barədə məlumat aldım”, – deyə o, bildirib.

Kosinyak-Kamyş hansı təyyarələrin və hansı hava hücumundan müdafiə vasitələrinin Polşaya göndəriləcəyi barədə detalları açıqlamayıb.