Çexiyanın Xarici İşlər naziri Yan Lipavski Polşadakı PUA insidenti ilə əlaqədar olaraq Rusiyanın Çexiya Respublikasındakı səfiri Aleksandr Zmeyevskini çağırıb.
Tvit.az xəbər verir ki, bu barədə "Novinky" xəbər portalı məlumat verib.
“Mən Rusiyanın səfirini çağırmaq qərarına gəldim”, – XİN rəhbəri deyib.
Məlumata görə, səfir saat 16:30-dan sonra XİN-in binasına gəlib. Təxminən 15 dəqiqə sonra isə Çexiyanın xarici işlər nazirliyini tərk edib.
Rusiya səfirliyi səfirin Çexiya XİN-dəki görüşü barədə şərh vermir.
Aysel Şirinova