Braziliyanın Federal Ali Məhkəməsi ölkənin keçmiş prezidenti Jair Bolsonarunu hazırkı dövlət başçısı Lula da Silvanın əleyhinə sui-qəsd təşkil etməkdə təqsirli bilinib.
Tvit.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Qeyd olunur ki, ittiham hökmünü hakim dəstəkləyib. Onun sözlərinə görə, prokurorluq Bolsonarunun rəhbərlik etdiyi qrupun “2022-ci il seçkilərinin nəticələrinə əsasən qanuni hakimiyyət ötürülməsini sarsıtmaq məqsədilə demokratik institutlara hücum planını hazırlayıb və həyata keçirdiyini” inandırıcı şəkildə sübut edib.
Bildirilib ki, sui-qəsd qrupuna Bolsonarunun hökumətinin, silahlı qüvvələrinin və kəşfiyyat orqanlarının əsas üzvləri daxil olub.
Aysel Şirinova