Qərb dövlətlərinin Rusiya və Belarusa qarşı qeyri-dost siyasəti getdikcə aqressiv hala çevrilir.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Belarusiya prezidenti Aleksandr Lukaşenko deyib.
"Bu brend altında NATO Avropanı tələsik silahlandırır, Polşa və Baltikyanı ölkələr isə ağalarını razı salmaq üçün guya qoruyucu tədbirlər icad edirlər. Onlardan biri Ottava Konvensiyasından çıxmaq və Belarusla sərhədi minalamaqdır",- deyə Lukaşenko bildirib.
Elmin Alışov