Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Prezident anlaşma memorandumunu təsdiqlədi
dünya

Prezident anlaşma memorandumunu təsdiqlədi

30-09-2025 17:00 219 Baxış
IMG

Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında turizm əməkdaşlığına dair Anlaşma Memorandumu” təsdiq edilib.

"Tvit.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Kamboca Krallığı Hökumətinə bildiriş göndərməlidir.