Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkə daxilində və qonşu ölkələrdə didərgin düşmüş 3 milyondan çox suriyalı öz evlərinə qayıdıb.
Tvit.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.
Bəyanatda daha çox köçkün suriyalının geri qayıtmaq istəyinə işarə edilib və bunun Suriyanın bərpa prosesində kritik bir addım olduğu vurğulanıb.
Elmin Alışov