Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya BMT: Suriyada Əsəd rejiminin süqutundan sonra 3 milyondan çox insan evlərinə qayıtdı
dünya

BMT: Suriyada Əsəd rejiminin süqutundan sonra 3 milyondan çox insan evlərinə qayıtdı

08-12-2025 17:00 12 Views
IMG

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkə daxilində və qonşu ölkələrdə didərgin düşmüş 3 milyondan çox suriyalı öz evlərinə qayıdıb.


Tvit.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) məlumat yayıb.


Bəyanatda daha çox köçkün suriyalının geri qayıtmaq istəyinə işarə edilib və bunun Suriyanın bərpa prosesində kritik bir addım olduğu vurğulanıb.


Elmin Alışov