Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Qətər və Böyük Britaniya regional vəziyyəti müzakirə edib
dünya

Qətər və Böyük Britaniya regional vəziyyəti müzakirə edib

29-10-2026 22:00 20 Baxış
IMG

Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl Tani ilə Böyük Britaniyanın xarici işlər naziri Devid Lammi arasında telefon danışığı olub.

 

Tvit.az xəbər verir ki, bu barədə tərəflər ikitərəfli əməkdaşlığı, regiondakı vəziyyəti və gərginliyin azaldılması istiqamətində diplomatik səyləri müzakirə ediblər.

 

Qətər dəniz gəmiçiliyinin azadlığının təmin edilməsinə və regionda davamlı sülhə nail olmaq üçün hərtərəfli razılaşmanın əldə olunmasına yönəlmiş təşəbbüsləri dəstəklədiyini bildirib.