Apple istifadəçiləri artıq iCloud poçtlarını və təqvimlərini ChatGPT vasitəsilə idarə edə bilərlər.
Tvit.az xəbər verir ki, inteqrasiya e-poçtların ümumiləşdirilməsinə, konkret mesajların tapılmasına və təqvim tədbirlərinin yenilənməsinə imkan verir. Funksiya veb, masaüstü və iOS tətbiqlərində, ödənişli abunəlik tələb olunmadan təqdim edilir.
Qoşulma zamanı təhlükəsizlik üçün Apple hesabının əsas parolu əvəzinə xüsusi tətbiq parolundan istifadə olunmalıdır. İstifadəçilər müvafiq icazələri verdikdən sonra @icloud.com, @me.com və @mac.com ünvanlı hesablarını ChatGPT-yə bağlaya bilərlər.
Aysel Şirinova