Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA
sosial

Nazirdən məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA

06-11-2026 16:00 13 Baxış
IMG

“Biz artıq bir neçə ildir ki, ali təhsildə çox uğurla adambaşı maliyyələşmə mexanizmini tətbiq edirik. Yəni ali təhsil müəssisələrinə vəsait, onun saxlama xərcləri üzrə yox, hər qəbul olan tələbəyə görə ödənilir. Bu mexanizmin uğurunu nəzərə alaraq, hökumət tərəfindən qərar qəbul edilib ki, bunu tədricən ümumi təhsildə də tətbiq etməyə başlayaq. Ona görə də cari və növbəti illərdə məktəblərimizin bir qismi adambaşı maliyyələşmə mexanizminə keçəcək”.

Tvit.az xəbər verir ki, bu sözləri Milli Məclisinin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında maliyyə naziri Sahil Babayev deyib.

“Düşünürük ki, adambaşına maliyyələşmə kifayət qədər uğurlu mexanizmdir. Bu təcrübə genişləndirilərək, ümumi təhsildən sonra mərhələli şəkildə ilkin və məktəbəqədər təhsil pillələrində də tətbiq ediləcək”, - deyə nazir bildirib.