Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ digər Audi minlərlə elektrikli avtomobilini geri çağırır
digər

Audi minlərlə elektrikli avtomobilini geri çağırır

30-10-2026 21:00 17 Baxış
IMG

Almaniyanın avtomobil istehsalçısı Audi yüksək gərginlikli batareyalarda yanğın riski aşkarlandığı üçün minlərlə elektrikli avtomobilini geri çağırıb.

 

Tvit.az-ın xarici mediaya istinadən məlumatına görə, geri çağırılma 2024 və 2025-ci il istehsalı olan Audi Q4 e-tron və Q4 Sportback e-tron modellərini əhatə edir.

 

Nasazlıqla əlaqədar sürücülərə avtomobillərin batareyalarını 80%-dən artıq doldurmamaq barədə xəbərdarlıq edilib. Səlahiyyətli qurumlar problemin tam həlli tapılanadək avtomobillərin məhdud doldurma səviyyəsində saxlanılmasını tövsiyə ediblər.

 

Aysel Şirinova