Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşüblər.
"Tvit.az" sakinlərdən biri ilə Prezidentin dialoqunu təqdim edir:
Prezident İlham Əliyev: Təbrik edirəm. Siz nə işlə məşğul idiniz o vaxt?
Kişi sakin: Mən də burada traktorçu olmuşam. 1978-1979-cu illərdə. Sonra şofer olmuşam, kolxozda, üzümlükdə işləmişəm.
Prezident İlham Əliyev: Sonra bəs?
Kişi sakin: Otuz yaşımda da müharibə.
Prezident İlham Əliyev: Hara getdiniz?
Kişi sakin: Bakıya getdik, Buzovnada qalırdıq.
Prezident İlham Əliyev: Qonşuyuq?
Kişi sakin: Qonşuyuq. Allah köməyiniz olsun. Allah Sizi saxlasın.