Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Peskov: Putin və Tramp bir-birlərinə ani zənglərə açıqdırlar
dünya

Peskov: Putin və Tramp bir-birlərinə ani zənglərə açıqdırlar

23-06-2025 14:00 24 Baxış
IMG

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp lazım gələrsə, xüsusi qapalı rabitə kanalları vasitəsilə istənilən vaxt bir-birinə zəng etməyə hazırdırlar. 


Tvit.az “TASS” agentliyinə istinadən xəbər verir ki , bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.


"İstənilən vəziyyətdə, onlar bunu məqsədəuyğun hesab etdikdə, bir-birlərinə ani zənglərə açıqdırlar. Belə bir imkan var ki, gecə-gündüz istənilən vaxt bir-birinə zəng etməyə imkan verən qapalı rabitə kanalları var”,- deyə Peskov qeyd edib.


Elmin Alışov