Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp lazım gələrsə, xüsusi qapalı rabitə kanalları vasitəsilə istənilən vaxt bir-birinə zəng etməyə hazırdırlar.
Tvit.az “TASS” agentliyinə istinadən xəbər verir ki , bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib.
"İstənilən vəziyyətdə, onlar bunu məqsədəuyğun hesab etdikdə, bir-birlərinə ani zənglərə açıqdırlar. Belə bir imkan var ki, gecə-gündüz istənilən vaxt bir-birinə zəng etməyə imkan verən qapalı rabitə kanalları var”,- deyə Peskov qeyd edib.
Elmin Alışov