Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ dünya Kelloq Lukaşenko ilə Ukraynadakı münaqişəni müzakirə edib
dünya

Kelloq Lukaşenko ilə Ukraynadakı münaqişəni müzakirə edib

23-06-2025 20:00 10 Baxış
IMG

ABŞ prezidentinin Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq Belarus prezidenti Aleksandr Lukaşenko ilə bu ölkədəki münaqişə və onun həlli səyləri ilə bağlı məsələləri müzakirə edib.

Tvit.az xəbər verir ki,  Kelloq bu barədə iyunun 21-də Minskdə Lukaşenko ilə görüşündən sonra məlumat verib.

"Mən Rusiya ilə Ukrayna arasındakı müharibəni və ABŞ prezidenti Donald Trampın müharibəni və qan tökülməsini dayandırmaq üçün çox çalışdığını müzakirə etdim", - ABŞ-nin xüsusi nümayəndəsi X-də yazıb. 

O həmçinin bildirib ki, Minskə səfər edən müavini Con Koul ABŞ-Belarus ikitərəfli münasibətləri ilə bağlı müzakirələrə rəhbərlik edib.

Aysel Şirinova