ABŞ prezidentinin Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq Belarus prezidenti Aleksandr Lukaşenko ilə bu ölkədəki münaqişə və onun həlli səyləri ilə bağlı məsələləri müzakirə edib.
Tvit.az xəbər verir ki, Kelloq bu barədə iyunun 21-də Minskdə Lukaşenko ilə görüşündən sonra məlumat verib.
"Mən Rusiya ilə Ukrayna arasındakı müharibəni və ABŞ prezidenti Donald Trampın müharibəni və qan tökülməsini dayandırmaq üçün çox çalışdığını müzakirə etdim", - ABŞ-nin xüsusi nümayəndəsi X-də yazıb.
O həmçini Minskə səfər edən müavini Con Koul “ABŞ-Belarus ikitərəfli münasibətləri ilə bağlı müzakirələrə rəhbərlik edib”. Kellogq heç bir təfərrüat verməyib. "Ümumilikdə, əla komanda işi. Nümayəndə heyətimiz Belarus lideri Lukaşenko və onun komandası ilə görüşüb", - xüsusi nümayəndə yekunlaşdırıb.