Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Netanyahudan girovlarla bağlı qərar
dünya

Netanyahudan girovlarla bağlı qərar

21-08-2025 21:00 14 Views
IMG

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza şəhərinin ələ keçirilməsi planlarını təsdiqləmək üçün Qəzza zolağına gəlib və burada bütün girovların azad edilməsi ilə bağlı danışıqların bərpası üçün göstəriş verdiyini bildirib.

Tvit.az xəbər verir ki, baş nazirin Fələstin anklavında qeydə aldığı videomüraciət onun ofisi tərəfindən yayılıb.

"Mən Qəzza zolağına İsrail ordusunun Qəzza şəhərini ələ keçirmək və radikal hərəkat HƏMAS-ı məğlub etmək planlarını təsdiqləmək üçün gəldim. Eyni zamanda, bütün girovların azad edilməsi və İsrail üçün məqbul şərtlərlə müharibənin dayandırılması üçün dərhal danışıqlara başlamaq barədə göstəriş verdim", - Netanyahu bildirib.

"Biz qərar qəbul etmə mərhələsindəyik", - o əlavə edib. 

Aysel Şirinova