Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Rusiya Federasiyası Britaniya hərbi müəssisələrinin rəhbərlərinə qarşı sanksiyalar tətbiq etdi
dünya

Rusiya Federasiyası Britaniya hərbi müəssisələrinin rəhbərlərinə qarşı sanksiyalar tətbiq etdi

27-10-2026 21:00 18 Views
IMG

Rusiya Britaniyanın hərbi müəssisələrinin yeddi rəhbərini sanksiya siyahısına daxil edib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Nazirlikdən qeyd olunub ki, qərar Londonun Rusiyaya qarşı düşmənçilik siyasətinə cavab olaraq qəbul edilib. Bildirilib ki, sözügedən şəxslər Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün istifadə olunan silah və hərbi texnologiyaların tədarükündə iştirak edən Britaniya hərbi müəssisələrini təmsil edirlər.

Rusiya XİN-dən əlavə edilib ki, Böyük Britaniya hakimiyyətinin addımlarına cavab olaraq sanksiya siyahısının genişləndirilməsi istiqamətində işlər davam etdiriləcək.