ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsi ilə bağlı Rusiyaya münasibətini dəyişdirməklə hədələyib.
Tvit.az xəbər verir ki , o, bu barədə Amerika radiostansiyalarından birinə müsahibəsində deyib.
Onun sözlərinə görə, o , iki həftədən sonra sülh sazişinə nail olmağın mümkün olmayacağına qərar verərsə, Rusiya Federasiyasına münasibətini dəyişməyə hazırdır.
"Mən deyərdim ki, iki həftə ərzində biz bu və ya digər şəkildə biləcəyik. Bundan sonra biz fərqli yanaşmaq məcburiyyətində qala bilərik", - o, Ukraynada sülhün əldə edilməsinin mümkünlüyü barədə suala cavab verib.
Aysel Şirinova