Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya "Drujba" neft kəmərinə yeni hücum oldu
dünya

"Drujba" neft kəmərinə yeni hücum oldu

22-08-2025 10:00 22 Views
IMG

"Drujba” neft kəməri yenidən Ukrayna tərəfindən hücuma məruz qalıb.

Tvit.az xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyyarto sosial şəbəkə hesabında yazıb.

“Gecə bizə Rusiya–Belarus sərhədindəki "Drujba" neft kəmərinə yeni hücum barədə məlumat daxil oldu. bu qısa müddət ərzində artıq üçüncü dəfədir. Macarıstana neft tədarükü yenidən dayandırılıb”, — deyə o bildirib.

Nazir Ukrayna Silahlı Qüvvələrinin bu hərəkətini Macarıstanın enerji təhlükəsizliyinə növbəti hücum adlandırıb.

“Bizi müharibəyə cəlb etmək üçün növbəti cəhd. Bu, işləməyəcək! Biz sülh səylərini dəstəkləməyə və milli maraqlarımızı qorumağa davam edəcəyik!” — Macarıstan XİN rəhbəri əlavə edib.

Qeyd edək ki, sözügedən neft kəməri Rusiya, Belarus, Ukrayna, Polşa, Slovakiya, Çexiya, Almaniya və Macarıstan ərazilərindən keçir.

Aysel Şirinova