Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
Home dünya Paşinyan ŞƏT-ə gedəcək
dünya

Paşinyan ŞƏT-ə gedəcək

22-08-2025 13:00 20 Views
IMG

Ermənistanın baş naziri Nikol Paşinyan da Çin Xalq Respublikasında keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) sammitində iştirak edəcək.

Tvit.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“ÇXR Prezidenti Si Cinpin 20-dən çox xarici ölkənin və 10 beynəlxalq təşkilatın rəhbərlərini toplayaraq, ŞƏT-in uğurlu fəaliyyət təcrübəsini ümumiləşdirəcək, onun inkişafı və restrukturizasiyasına töhfə verəcək, iştirakçıları əməkdaşlıq və birgə fəaliyyət üçün birləşdirəcək”, – Çin XİN başçısının köməkçisi Lyu Bin bildirib.

O qeyd edib ki, sammitdə Azərbaycanın Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan,  Rusiya Prezidenti Vladimir Putin, Hindistan Baş naziri Narendra Modi, İran Prezidenti Məsud Pəzəşkiyan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və digərləri iştirak edəcəklər.

Şanxay Əməkdaşlıq Təşkilatının sammiti 31 avqust – 1 sentyabr tarixlərində Çinin Tyançzin şəhərində keçiriləcək.

Aysel Şirinova