İran və Britaniya, Fransa və Almaniya arasında nüvə danışıqları sabah Cenevrədə baş tutacaq.
Tvit.az xəbər verir ki, bu barədə “Tasnim News” məlumat yayıb.
Məlumata görə, görüşdə Tehranın nüvə proqramı ilə bağlı məsələlər və İrana qarşı sanksiyaların ləğvi müzakirə olunacaq.
Cenevrədə baş tutacaq danışıqlarda İran nümayəndə heyətinə xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi rəhbərlik edəcək. Avropa tərəfini isə Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirlərinin müavinləri təmsil edəcəklər.
Elmin Alışov