Tehran Vaşinqtonla dolayı nüvə danışıqlarını bərpa etməyə hazırdır. Ancaq bu dialoq yalnız Amerikanın hərbi hücuma addım atmayacağına dair zəmanət verdiyi təqdirdə baş tuta bilər.
Tvit.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçı “Əş-Şərq Əl-Əvsət” qəzetinə müsahibəsində deyib.
“Əgər amerikalılar bombalarla əldə edə bilmədiklərini danışıqlar masası arxasında əldə edəcəklərini düşünürlərsə, yanılırlar”, - deyə XİN başçısı vurğulayıb.
Elmin Alışov