Rusiya prezidenti Vladimir Putin münaqişənin səbəblərindən biri kimi Qərb ölkələrinin Ukraynanın Şimali Atlantika Alyansında iştirakını göstərib.
Tvit.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Putin Şanxay Əməkdaşlıq Təşkilatının sammitində deyib.
“Böhranın səbəbi Qərbin Ukraynanı NATO-ya cəlb etmək cəhdləridir ki, bu bizim dəfələrlə vurğuladığımız və uzun illər dediyimiz kimi, Rusiyanın təhlükəsizliyinə birbaşa təhdiddir”, - deyə Putin bildirib.
Elmin Alışov